AZ

Bu gün “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə start veriləcək

Bu

Mingəçevir, 16 oktyabr, AZƏRTAC

Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2024” beynəlxalq turniri başlayacaq.

AZƏRTAC xəbər verir ki, yarışa Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start veriləcək. Reqatada Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparacaq.

Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq. Oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

 

Seçilən
66
12
azertag.az

10Mənbələr