Azərbaycan təmsilçisi Amil Ramazanov "Mingəçevir reqatası-2024"də qızıl medal qazanıb.
Moderator.az xəbər verir ki, o, 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 500 metr məsafəyə akademik avarçəkmə növündə birinci olub.
Ramazanov məsafəni 2 dəqiqə, 4.88 saniyəyə qət edib.
Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütü bürünc mükafat əldə edib.