AZ

"Mingəçevirdəki reqatası-2024": təmsilçimiz qızıl medal qazanıb

Azərbaycan təmsilçisi Amil Ramazanov "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində qızıl medal qazanıb.

Ramazanov 2006-2007 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə mübarizəsində birinci olub. O, məsafəni 2 dəqiqə, 4,88 saniyəyə qət edib.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütlüyü bürünc mükafat əldə edib.

Qeyd edək ki, "Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.

Seçilən
23
6
cbcsport.az

10Mənbələr