AZ

Kəmaləddin Heydərovdan yeni təyinat

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin daxili xidmət mayoru Gəray Elxan oğlu Güliyev sözügedən idarənin rəisi təyin olunub.

O, daha əvvəl Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.

Seçilən
62
10
bakivaxti.az

10Mənbələr