Hacıqabulda sürücü idarəetməni itirib, ölən və xəsarət alanlar var.
"Report" xəbər verir ki, 1985-ci il təvəllüdlü, Hacıqabul rayon sakini Rəfail Şirəliyevin idarə etdiyi "Toyota Prius" markalı, 99-DS-748 dövlət qeydiyyat nişanlı avtomobillə Abdulabad-Muğan avtomobil yolunun Bakı-Qazax magistral yolu istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil aşıb. Avtomobildə olan sərnişinlər 2010-cu il təvəllüdlü Abuşov Məhəmməd Şamo oğlu və 2008-ci il təvəllüdlü Şirəliyev Əliyar Rəfail oğlu hadisə yerində ölüb, 2014-cü il təvəllüdlü Abuşov Pənah Şamo oğlu sol bud və bazu sümüklərinin sınığı, sürücü Rəfail Şirəliyev isə ümumi bədənin əzilməsi diaqnozu ilə Şirvan ŞMX-na daxil olub.
Faktla bağlı Hacıqabul RPŞ-də CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istinaq aparılır.