AZ

Dünya çempionatında mübarizə aparacaq güləşçilərimiz bəlli olub

Bakı. Trend:

Oktyabrın 21-dən 27-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrəU-23 dünya çempionatı keçiriləcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, mundiala yunan-Roma güləşçilərimiz startverəcək.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov vəməşqçi Həsən Əliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq),Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev(82 kq), Cocu Səmədov (87 kq), Murad Əhmədiyev (97 kq) və SərxanMəmmədov (130 kq) uğur qazanmağa çalışacaq.

Daha sonra böyük məşqçi Toğrul Əsgərov, məşqçilər AğahüseynMustafayevlə Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova(50 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), GülərHəbibova (59 kq) və Ruzanna Məmmədova (62 kq) mübarizəyəqoşulacaq.

Çempionatın son günlərində sərbəst güləşçilərimiz xalça üzərinəçıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənovvə məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Vasif Bağırov (57kq), Ruslan Abdullayev (61 kq), Rəşid Babazadə (65 kq),Maqomed-Başir Xaniyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), AliTsokayev (79 kq), Arseniy Djioyev (86 kq), Abdulcəlil Şabanov (92kq), Aslan Abakarov (97 kq) və Aydın Əhmədov (125 kq) ölkəmizitəmsil edəcək.

Məsul yarışda I dərəcəli beynəlxalq hakimlər Natiq Hacıyev vəBəşir İsazadə ədaləti qoruyacaq.

Seçilən
44
29
az.trend.az

10Mənbələr