AZ

Hacıqabulda qəzaya düşənlərin məktəblilər olduğu müəyyənləşib - ADLAR

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar məktəblilər olub.APA xəbər verir ki, Rəfail Şirəliyevun idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetməni itirərək aşıb.Nəticədə avtomobildə olan məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüblər.Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.

Seçilən
483
20
korrespondent.az

10Mənbələr