AZ

Qarabağ Regional DOST Mərkəzində sosial-psixoloji xidmətlərin göstərilməsi üçün “Açıq qapı” günləri keçiriləcək - Vətən Naminə

">

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, 1-3 dekabr tarixlərində davam edəcək “Açıq qapı” günlərində Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri və müharibədən zərər çəkmiş vətəndaşlar üçün sosial-psixoloji xidmətlər göstəriləcək.

Tədbir çərçivəsində uşaq və böyüklər üçün ilkin psixoloq və loqoped konsultasiya və müayinəsi, ailələrin maarifləndirilməsi həyata keçiriləcək.

“Açıq qapı” günlərində qeyd olunan xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar əvvəlcədən Agentliyin 099 700 19 23 “WhatsApp” nömrəsinə, eləcə də “Facebook” və “İnstagram” səhifələrinə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

 

Qarabağ

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
68
3
vetennamine.az

4Mənbələr