“Araz-Naxçıvan” ölkə çempionatlarında 25-ci qələbəsini qazanıb.
"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 10-cu turuna təsadüf edib.
Elmar Baxşıyevin yetirmələri Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib. Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.
Naxçıvan klubunun ilk qələbəsi 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta