AZ

"Zirə" Qətər klubu ilə qarşılaşa bilər

Qətərdə səfərdə olan “Zirə”nin idarə heyətinin sədri Orxan Məmmədov bu ölkənin “Ər-Rayyan” klubunun rəsmiləriylə görüşüb.

Sportnet.az xəbər verir ki, Qətər təmsilçisinin vitse-prezidenti Ali Salem Afifa və idman direktoru Mohammed Alatvaanla görüşdə müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb.

Görüş zamanı komandaların gələcəkdə bir-birləriylə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib. Tərəflər daha sonra isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ər-Rayyan” - “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyiblər.

"Zirə" qətər klubu ilə qarşılaşa bilər
"Zirə" qətər klubu ilə qarşılaşa bilər


Seçilən
133
12
sportnet.az

10Mənbələr