ABŞ-ın Havaydakı hərbi bazasında döyüş təyyarəsinin uçuş zolağından çıxaraq yaxınlıqdakı körfəzə çırpılması nəticəsində 9 nəfər yaralanıb.Gununsesi.info xəbər verir ki, hadisə yerli vaxtla saat 14:00 radələrində baş verib. Havaydakı dəniz bazasında hərbi təyyarə Kaneohe körfəzinə düşüb.Hərbi rəsmilər qeyd ediblər ki, P-8A qırıcı təyyarəsinin Havaydakı dəniz bazasındakı uçuş-enmə zolağından çıxmasının səbəbi hələlik məlum deyil.Sahil Təhlükəsizlik Komandanlığı təyyarədə yaralanan 9 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işlərinin sona çatdığını açıqlayıb. Bölgədəki hava şəraiti ilə əlaqədar görmənin azaldığı bildirilir.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta