İsrail döyüş təyyarələri blokada altındakı Qəzza zolağının şimalında məcburi köçkün fələstinlilər üçün məktəbi hədəfə alıb və çoxlu sayda ölü və yaralanıb.Gununsesi.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzzanın şimalında Cibaliya qaçqınlar düşərgəsinin qərbində yerləşən Əl-Faluca bölgəsində məcburi köçkün fələstinlilərin qaldığı “Hafsa” adlı məktəbi bombalayıb.Hücum zamanı aralarında uşaq və qadınların da olduğu çox sayda insan həyatını itirib.İsrail hərbçiləri Qəzzanın şimalında yerləşən Beyt Lahyada daha 9 evi vurub. Hücumlarda çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.Digər tərəfdən İsrail Qəzzada rabitə qüllələrini hədəfə alıb. Qəzza zolağının şimalı ilə Qəzza şəhəri ilə əlaqənin tamamilə kəsildiyi qeyd edilib.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta