AZ

Marko Yankoviç: "Ayaks"la oyunda gözlənilməz nəticə ola bilər

Bakı, 23 oktyabr, AZƏRTAC

"Matç bizim üçün çətin keçəcək".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Niderlandın "Ayaks" klubuna qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi kollektivdə ab-havanın yüksək olduğunu bildirib: "Ayaks" kimi böyük klub Bakıya səfər edib. Bu, müsbət məqamdır. Daha əvvəl güclü rəqiblərə qarşı layiqli mübarizə aparmışıq. Futbolda gözlənilməz nəticələrlə rastlaşırıq. Sabah da bunu reallaşdırmaq istəyirik".

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

 

Seçilən
80
3
azertag.az

4Mənbələr