AZ

Göygöldə yol qəzasında 18 yaşlı oğlan ölüb, 4 nəfər xəsarət alıb - Yenilənib

Göygöldə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb...

TƏBIB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 25-də saat 08:00 radələrində Göygöl rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə ilkin tibbi yardım göstərilib. Onların hər biri ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

Göygöl rayonunda "Opel" və "VAZ-21015" markalı iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Report”un Qərb bürosunun məlumatına görə, nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
162
50
poliqon.info

10Mənbələr