AZ

UNEC və DMA arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri SadiqƏliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlətİqtisad Universitetində (UNEC)olub.

UNEC rektoru professor Ədalət Muradov və müvafiq strukturrəhbərlərinin iştirakı ilə keçirilən görüşdə universitet vəAgentlik arasındakı əməkdaşlığın mövcud durumu və yeni imkanlarbarədə müzakirələr aparılıb.

Rektor Ədalət Muradov UNEC məzunlarının məşğulluğu, iş dünyasıilə əməkdaşlıq, UNEC2B platforması, qeyri-akademik transkript və s.barədə məlumat verərək, bu istiqamətdə görülmüş işlər və qarşıdaduran hədəflərdən danışıb.

DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev məzun olduğuuniversitetdə olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki,Agentliyin qarşısında duran vəzifələrdən biri məhz təhsilmüəssisələri ilə düzgün əməkdaşlığın formalaşdırılmasıdır. UNECməzunlarının öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yertutduqlarını diqqətə çatdıran sədr, qarşılıqlı əməkdaşlığınməzunların məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcəyinivurğulayıb.

Görüş zamanı tərəflər arasında universitetlərdə KaryeraMərkəzinin işinin müasir tələblər səviyyəsində qurulması, karyerayarmarkalarının əhatə dairəsinin genişləndirilməsi vəsəmərəliliyinin artırılması, sertifikat təqdim edən təsisatlarınakkreditasiyası və tanınması, eləcə də yumşaq bacarıqlarınformalaşdırılması istiqamətində birgə fəaliyyət imkanları müzakirəolunub. Əməkdaşlığın effektivliyinin artırılması məqsədilə İşçiQrupunun yaradılması qərara alınıb. Sonda Agentliyin nümayəndələriUNEC-in Karyera Mərkəzi ilə tanış olublar.

UNEC
UNEC
UNEC
Seçilən
90
8
az.trend.az

8Mənbələr