Bir neçə dəqiqə əvvəl Xətai rayon məhkəməsində Abzasmedia.org saytının baş redaktoru Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbiri seçilib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, jurnalist barəsində 3 ay 29 gün həbs qərarı verilib.
Qeyd edək ki, adı çəkilən media orqanının rəhbəri Ülvi Həsənlinin saxlanmasından sonra Sevinc Vaqifqızı Fransadan Azərbaycana qayıdıb. Hər iki jurnalistə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta