18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Monteneqronun paytaxtı Podqoritsadakı təlim-məşq toplanışı üçün yekun heyəti müəyyənləşib. U-18 hazırlıq çərçivəsində oktyabrın 29-da və 31-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Milliyə dəvət olunan futbolçuların siyahısı ilə tanış ola bilərsiniz:
| S. | Ad/Soyad | Klub |
| 1 | Həbib Hüşənov | Qəbələ |
| 2 | Ayxan Abbaszadə | Turan Tovuz |
| 3 | Ömər Əliaslanlı | Zirə |
| 4 | Əli Nəbizadə | Neftçi |
| 5 | Məsud Əlişanlı | Qarabağ |
| 6 | Cavid Məlikov | Qarabağ |
| 7 | Murad Mustafayev | Neftçi |
| 8 | Rəşad Alışov | Qarabağ |
| 9 | Nadir Orucov | Sumqayıt |
| 10 | Həsən Əliyev | Zirə |
| 11 | Emin Feyzullayev | Sabah |
| 12 | Elnur Cabbarlı | Sumqayıt |
| 13 | Ömər Kərimov | Qəbələ |
| 14 | Arzu Mədətov | Turan Tovuz |
| 15 | Əli Qurbanov | Sumqayıt |
| 16 | Əmir Əliyev | Sabah |
| 17 | Əkbər Məhərrəmov | Sabah |
| 18 | Ziya Şəkərxanov | Qəbələ |
| 19 | Babamirzə Mehdiyev | Sabah |
| 20 | Röyal Fərzullazadə | Neftçi |
| 21 | Rauf Qafarov | Zirə |