AZ

U-17: Millimizin Serbiya və Lüksemburqla oyunlarının hakimləri

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin (U-17) Serbiya və Lüksemburqa qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandası Avropa çempionatının 1-ci seçmə mərhələsi çərçivəsində Serbiya və Lüksemburq yığmaları ilə qarşılaşacaq. Artıq bu oyunların hakim təyinatları da məlumdur. U-17 millimizin Serbiya yığması ilə görüşünü uelsli, ev sahibi Lüksemburq seçməsi ilə matçını isə gürcüstanlı baş hakim idarə edəcək.

Serbiya yığması ilə oyunda Şarlot Karpenterə Mişel Ceyn Portelli və gürcüstanlı Sopo Tsulaya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mzevinari Şaraşanidze (Gürcüstan) yerinə yetirəcək.

Gürcüstan millisi ilə qarşılaşmada isə baş hakim Mzevinari Şaraşanidze olacaq. Ona həmyerlisi Sopo Tsulaya və yunanıstanlı Mariya Detsi kömək edəcəklər. Dördüncü hakim Eyrini Pinqyu (Yunanıstan) olacaq.

Qeyd edək ki, Serbiya ilə oyun oktyabrın 30-da, Bakı vaxtı ilə 21:00-da, Lüksemburqla matç isə noyabrın 2-də, 19:00-da başlayacaq.

30 oktyabr

Serbiya – Azərbaycan
Baş hakim: Charlotte Carpenter (Uels)
Baş hakimin köməkçiləri: Michelle Jane Portelli (Uels), Sopo Tsulaia (Gürcüstan)
Dördüncü hakim: Mzevinari Sharashanidze (Gürcüstan)
“Munisipial” stadionu, Bettemburq. Saat 21:00.

2 noyabr

Azərbaycan (U-17) – Lüksemburq (U-17)
Baş hakim: Mzevinari Sharashanidze (Gürcüstan)
Baş hakimin köməkçiləri: Sopo Tsulaia (Gürcüstan), Maria Detsi (Yunanıstan)
Dördüncü hakim: Eirini Pingiou (Yunanıstan)
“Munisipial” stadionu, Bettemburq. Saat 19:00

Seçilən
36
3
arena.az

6Mənbələr