AZ

Eldəniz Əzizli karyerasını bitirəcəyi vaxtı açıqladı

"Beşinci dəfə dünya çempionu olmağa çalışacağam. Bundan sonra karyeramı bitirəcəyəm".

Sportnet.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

32 yaşlı idmançı növbəti il Avropa çempionatına qatılmayacağını söyləyib: "Gələcəkdə nələrin olacağını bilmirəm. Amma dünya çempionatlarındakı beşinci qızıl mükafatı əldə etmək istəyirəm".

Əzizli finalda məğlub etdiyi iranlı rəqibi Poya Marz haqqında da danışıb: "Onunla əvvəl də üz-üzə gəlmişik. Bir-birimizi yaxşı tanıyırıq".

Qeyd edək ki, Eldəniz Əzizli 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub.


Seçilən
42
3
sportnet.az

7Mənbələr