AZ

Dörd komandaya texniki məğlubiyyət verildi

AFFA aşağı yaş liqalarında iştirak edən dörd komandaya - "Sabirabad", "Şirvan", "Lokomotiv" və "Laçın"a texniki məğlubiyyət verib. 

News365.az xəbər verir ki, bu barədə qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub.  U-14 Liqasında çıxış edən "Sabirabad", "Araz-Saatlı" ilə matça gəlmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.  Həmçinin U-11 Liqasında "Lokomotiv" komandası "Şamaxı" ilə matçda, U-10 Liqasında isə "Laçın" kollektivi "Baku Sporting"lə görüşdə təyin edilən vaxtda meydanda olmadığı üçün cəzaya məruz qalıb. 

U-12 Liqasının iştirakçısı "Şirvan" isə "Aran"la görüş üçün heyətində yetərsay olmadığına görə texniki məğlubiyyət alıb.

Seçilən
45
7
news365.az

8Mənbələr