AZ

"Qarabağ"ın oyunlarını yayımlayacaq telekanal dəyişdi

İctimai Televiziyanın efirində avrokubok həyəcanı davam edir.

Telekanaldan Sportnet.az-a verilən məlumata görə, növbəti həftə daha 3 oyun futbol həvəskarlarına təqdim olunacaq. Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən "Qarabağ"ın Liqa mərhələsinin IV turundakı qarşılaşması da bu sırada olacaq.

Noyabrın 7-si saat 21:45-də Ağdam təmsilçisinin Norveçdə "Budo Qlimt" klubu ilə görüşü İctimai TV-nin canlı efirində yayımlanacaq.

Qeyd edək ki, "Qarabağ"ın Yunanıstanın "Olimpiakos" klubuna qarşı mərhələnin son matçının da yayım hüququ İctimai Televiziyaya məxsusdur.


Seçilən
172
5
sportnet.az

7Mənbələr