AZ

"Qarabağ"ın 2 səfər oyunu İctimai TV-də yayımlanacaq - Avropa Liqası

İctimai Televiziyanın efirində avrokubok həyəcanı davam edir.   Manset.az xəbər verir ki, növbəti həftə daha 3 oyun futbol həvəskarlarına təqdim olunacaq. Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən "Qarabağ"ın Liqa mərhələsinin 4-cü turundakı qarşılaşması da bu sırada olacaq. Noyabrın 7-si saat 21:45-də Ağdam təmsilçisinin Norveçdə "Budo Qlimt" klubu ilə görüşü telekanalımızın canlı efirində yayımlanacaq.

Qeyd edək ki, "Qarabağ"ın Yunanıstanın "Olimpiakos" klubuna qarşı mərhələnin son matçının da yayım hüququ İctimai Televiziyaya məxsusdur.

Seçilən
102
5
manset.az

7Mənbələr