AZ

Avropa birinciliyində 1 qızıl, 2 gümüş medal

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (81 kq) Polşanın Raşin şəhərində keçirilən gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyində 3 medal qazanıb.

Sportnet.az xəbər verir ki, idmançı birdən qaldırmada 151 kq-ı ram edib və bu hərəkətdə qızıl medala layiq görülüb.

Təkanla qaldırmada 187 kq-ı başı üzərinə qaldıran atlet bu hərəkətdə gümüş mükafata sahib çıxıb. R.Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada da ikinci yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyində daha əvvəl Qasım İsmayılov (67 kiloqram) bürünc medala sahib çıxıb.


Seçilən
102
8
sportnet.az

10Mənbələr