“Bodrumspor” klubunun yeni baş məşqçisi bəlli olub.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Superliqa təmsilçisinin "sükanı" Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirələ həvalə olunub. 42 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu postda ötən gün istefaya göndərilən İsmət Taşdəmiri əvəz edib.
V.Dəmirəl daha əvvəl “Fatih Karagümrük” və “Hatayspor” komandalarının baş məşqçisi olub.