AZ

Metroda cibgirlik edən tutuldu

Noyabrın 20-də metro stansiyasında bir nəfərin cibindən mobil telefonunun oğurlanması barədə Metropolitendə Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Almuradov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
350
10
lent.az

10Mənbələr