AZ

Azərbaycan atleti Avropa birinciliyində qızıl medal qazandı

Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan yığma komandasının üzvü Ravin Alməmmədov (81 kq) birdən qaldırma hərəkətində 151 kq-ı ram edərək qızıl medal qazanıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan atleti təkanla qaldırma hərəkətində 187 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Ravin Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada gümüş medala layiq görülüb.

Seçilən
51
8
operativmedia.az

10Mənbələr