AZ

Yük maşını piyadanı vuraraq öldürdü

Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə dünən axşam saatlarında rayonun Pensər kəndi ərazisində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi DAF markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Zahir oğlu Baxşiyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Seçilən
133
3
oxu.az

4Mənbələr