AZ

Serblər millimizə rəhm etmədilər - 10:0

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində ilk oyununu keçirib.

Sportnet.az xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş Serbiyanın 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.

Azərbaycan millisi qrupda növbəti matçını noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək.


Seçilən
100
12
sportnet.az

10Mənbələr