AZ

"Puza Academy Azərbaycan Təhsil Mərkəzi" barəsində protokol tərtib edildi

"Puza Academy Azərbaycan Təhsil Mərkəzi" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci (Bu Məcəllənin 528.1-ci maddəsində (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Baxış iclası noyabrın 7-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 31 Oktyabr 2024, 13:42   
Seçilən
166
1
pravda.az

10Mənbələr