AZ

A Seriyası: “Fiorentina” və “Roma”ya 1 qol bəs etdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Cenoa” ilə qarşılaşan “Fiorentina” 3 xalı tək qolla qazanıb. Son iki oyunundan xalsız ayrılmış “Roma” da bu turda “Torino”nu minimal hesabla üstələyib. “Komo” – “Latsio” oyununda isə qonaqlar darmadağına seviniblər.

Beləliklə, 10 turdan sonra 25 xala malik “Napoli” vahid liderdir. “İnter” 21 xalla ikinci pillədə qərarlaşıbsa, “Atalanta”, “Fiorentina” və “Latsio”nun 19 xalı var. “Yuventus” 18, “Udineze” 14, “Milan” və “Torino” 14, “Roma” 13, “Bolonya” 12, “Empoli” 11, “Parma”, “Verona”, “Komo” və “Kalyari” 9 xal toplayıblar.

İtaliya, A Seriyası
10-cu tur
29 oktyabr

Kalyari – Bolonya 0:2
Qollar: Orsolini, 35. Odqor, 51.

Leççe – Verona 1:0
Qol: Dorqu, 51.

Milan – Napoli 0:2
Qollar: Lukaku, 5. Kvaratsxeliya, 43.

30 oktyabr

Empoli – İnter 0:3
Qollar: Frattezi, 50; 67. L.Martines, 79.

Venesiya – Udineze 3:2
Qollar: Pohyanpalo, 41-pen; 86-pen. Nikolussi, 56 – Lovriç, 19. Bravo, 25.

Atalanta – Montsa 2:0
Qollar: Samardziç, 70. Zappakosta, 88.

Yuventus – Parma 2:2
Qollar: Makkenni, 31. Vea, 49 – Del Prato, 3. Som, 38.

31 oktyabr

Cenoa – Fiorentina 0:1
Qol: Qosens, 72.

Roma – Torino 1:0
Qol: Dibala, 20.

Komo – Latsio 1:5
Qollar: Mazzitelli, 53 – Kastelyanos, 28-pen; 81. Pedro, 31. Patrik, 72. Tçauna, 90+5.

Seçilən
169
7
arena.az

8Mənbələr