AZ

Kurban Berdıyev: “Səhvlərimiz var idi”

Misli Premyer Liqasının XII turunun "Turan Tovuz" - "Qarabağ" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

"Azarkeşlərimiz üçün yaxşı oyun keçdi, baxımlı matç oldu. Ümumən oyundan razı qaldıq. Amma səhvlərimiz də var idi".

- Qələbə qazana bilməməyinizdə "Qarabağ"ın qapıçısının yaxşı oyununun nə qədər təsiri oldu?

- Qapıçı onsuz da yaxşı oynamalıdır.

- Rəqibin "Qarabağ" olması oyun planında nəyisə dəyişməyinizə məcbur etdi?

- Təxminən plan həmişəki kimi idi. Amma təbii ki, onların ümumən ustalıqlarını, fərdi ustalıqlarını da nəzərə almışdıq.

- Sirr deyilsə, plan nədən ibarət idi?

- Rəqib futbolçuların fərdi keyfiyyətlərini əsas götürdük. Birəbir oynamaq xüsusiyyətlərinə diqqət edirdik. Əsas plan bundan ibarət idi.

- Liderlə heç-heçə sizi razı salır?

- Desəydik ki, razı deyiləm, düz olmazdı. Ümumi oyundan razı qaldım.

Orxan Hüseynzadə Çempionlar Liqası matçına təyinat alıb

UEFA "Qarabağ"ın məşqçisini cəzalandırıb

Azərbaycan klubu doğma şəhərinə qayıdır - EKSKLÜZİV

"Araz-Naxçıvan"ın futbolçusu: “Ümid edirəm, Neftçi bu dəfə də ədalətsizlik etməz”

AFFA Premyer Liqa hakimləri üçün seminar keçirib

Seçilən
61
4
apasport.az

8Mənbələr