AZ

"Qarabağ"ın rəqibi xal itirdi

Futbol üzrə Fransa çempionatında X tura start verilib.

Sportnet.az xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Lion" səfərdə "Lill"in qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

10 turdan sonra 15 xal toplayan "Lion" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Lion"la noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcək.


Seçilən
81
12
sportnet.az

10Mənbələr