"Football-plus.az" xəbər verir ki, Muxtar Respublika təmsilçisinin qələbə qolunun müəllifi Felipe Santos sosial şəbəkə hesabında paylaşım edib. Braziliyalı hücumçu qolların davamının gələcəyini bildirib:
"Komandama bir qolla kömək etdiyim üçün çox şadam. Vacib qələbə qazandıq, hər kəsi təbrik edirəm. Məhsuldar ötürmə üçün Ramon Maçadoya minnətdaram. 6 oyunda 6 qol vurmuşam və düşünürəm ki, ardı olacaq".