AZ

Futbolçunu oyun vaxtı ildırım vurdu

Perulu müdafiəçi Xose Uqo De la Kruz Meza futbol matçı zamanı ildırım vurması nəticəsində dünyasını dəyişib.

Publika.az xəbər verir ki, hadisə Perunun Uankayo şəhərində "Yuventud Bellavista" və "Familia Çokka" klubları arasında keçirilən matçın 23-cü dəqiqəsində baş verib. Qarşılaşma zamanı güclü yağış başlayıb və hər iki komandanın futbolçuları meydanı tərk etməyə başlayıblar.

Bu zaman 35 yaşlı müdafiəçini ildırım vurub. Futbolçu xəstəxanaya aparılsa da, yolda vəfat edib.

İldırım düşən zaman müdafiəçinin yanında olan qapıçı və digər oyunçular ciddi yanıq xəsarətləri alıblar.

Seçilən
117
20
publika.az

10Mənbələr