AZ

İranda təyyarə qəzaya uğradı: general həlak oldu

İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Quru Qoşunlarına məxsus “Gayrokopter” tipli ultra yüngül təyyarə qəzaya uğrayıb.

Hokm.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAh-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin açıqlamasında bildirilib.

Məlumata görə, təyyarə ölkənin cənub-şərqindəki “Sirkan” sərhəd bölgəsində döyüş əməliyyatları apararkən qəzaya uğrayıb.

Qəza nəticəsində briqada generalı Həmid Mazenderani və İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının döyüşçülərindən Hamed Candaghi həlak olub.

Seçilən
53
40
hokm.az

10Mənbələr