AZ

"Kəpəz-2"nin baş məşqçisinə 5 oyunluq cəza

Əvəzedicilər Liqasında çıxış edən Gəncənin "Kəpəz-2" klubunun baş məşqçisi Xaliq Mərdanov AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb.

Sportnet.az xəbər verir ki, buna mütəxəssisin ölkə çempionatının XII turunda qarşılaşdıqları "Səbail-2" ilə matçda hakimi təhqir etməsi səbəb olub.

X.Mərdanov etdiyi davranışa görə qırmızı vərəqə ilə cəzalandırılıb. Klub isə 400 manat cərimələnib.


Seçilən
48
11
sportnet.az

10Mənbələr