AZ

“Zirə” - “Araz-Naxçıvan” 0:1 - Video

Azərbaycan Premyer Liqasının 3-cü turunun “Zirə” – “Araz-Naxçıvan” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
3-cü turdan təxirə salınmış oyun
2 noyabr

“Zirə” – “Araz-Naxçıvan” 0:1
Qol: Ürfan Abbasov, 48.
Sarı vərəqələr: Ruan Renato, 57 (qeyri-idman hərəkəti). Eldar Quliyev, 68 (hakimin qərarına etiraz) – Ömər Buludov, 35 (qeyri-idman hərəkəti). Mustafa Əhmədzadə, 68 (qeyri-idman
hərəkəti). Vanderson Melo, 80 (qeyri-idman hərəkəti). Ürfan Abbasov, 88 (hakimin qərarına etiraz). Elçin Mustafayev, 90+1 (oyunun bərpasının ləngidilməsi). Kristian Avram, 90+4 (oyunun
bərpasının ləngidilməsi).
Artırılan vaxt: Birinci hissədə yoxdur; ikinci hissədə 4 dəqiqə.
Saat 19:00. Zirə İdman Kompleksinin stadionu, 450 tamaşaçı.

Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Asiman Əzizli.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə (18. Junior Martins, 76), 4. Ruan Renato, 10. Georgi Papunaşvili (19. Salifu Suma, 62), 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 24. Yusuf Laval (90. Davit Volkov, 62), 6. Eldar Quliyev (29. Ceyhun Nuriyev, 76).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 17. Ayron Qomis.
Baş məşqçi: Elmar Baxşıyev.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev (10. Bernardo Dias, 74), 34. Ürfan Abbasov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə (22. Elçin Mustafayev, 85), 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes (7. Ülvi İsgəndərov, 74), 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmməıdov, 21. Sezar Meza Kolli.
Baş məşqçi: Rəşad Sadıqov.

Seçilən
162
1
arena.az

10Mənbələr