AZ

Çempionlar Liqası:"İnter" "Arsenal"ı məğlub etdi - DİGƏR NƏTİCƏLƏR - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, azarkeşlər son oyun günündə 9 matça şahidlik ediblər.

Almaniya nəhəngi “Bavariya” doğma meydanda Portuqaliyanın “Benfika” klubuna bir cavabsız qolla qalib gəlib. İtaliya “İnter”i isə İngiltərə təmsilçisi “Arsenal”ı eyni hesabla məğlub edib.

İspaniya təmsilçisi "Barselona" Serbiyada "Srvena Zvezda"nın qapısından 5 top keçirib. İspaniya "Atletiko"su isə Fransada PSJ-ni üstələyib.

UEFA Çempionlar Liqası
Əsas mərhələ
IV tur


6 noyabr


21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə) - 1:0

21:45. “Şaxtyor” (Ukrayna) - “Yanq Boyz” (İsveçrə) - 2:1

00:00. “Bavariya” (Almaniya) - “Benfika” (Portuqaliya) - 1:0

00:00. PSJ (Fransa) - “Atletiko” (Madrid, İspaniya) - 1:2

00:00. “İnter” (İtaliya) - “Arsenal” (İngiltərə) - 1:0

00:00. “Feyenoord” (Niderland) - “Zaltsburq” (Avstriya) - 1:3

00:00. “Srvena Zvezda” (Serbiya) - “Barselona” (İspaniya) - 2:5

00:00. “Sparta” (Praqa, Çexiya) - “Brest” (Fransa) - 1:2

00:00. “Ştutqart” (Almaniya) - “Atalanta” (İtaliya) - 0:2

Qeyd edək ki, Çempionlar Liqasında V turun qarşılaşmalarına noyabrın 26-da start veriləcək.

 

 

 

Bizim.Media 

Seçilən
111
15
bizim.media

10Mənbələr