AZ

UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində səfərdə “Budyo-Qlimt”i məğlub etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.

Sportnet.az xəbər verir ki, “atlılar”ın 2:1 hesablı qələbəsiylə ölkənin aktivinə 0,500 xal yazılıb. Azərbaycan hazırda 19,625 xalla 27-ci sıradadır.

Siyahıya 95,161 xalla İngiltərə başçılıq edir.


Seçilən
138
1
sportnet.az

2Mənbələr