AZ

Ölkəmizə repatriasiya olunmuş daha 12 nəfərlə bağlı sosial-psixoloji dəstək işlərinə başlanıb - Vətən Naminə

">

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, repatriasiya olunmuş həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. Repatriantlara ilkin tibbi, sosial-psixoloji dəstək işlərinə başlanıb.

Növbəti mərhələdə Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən onların sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək və hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında psixoloji dəstək tədbirləri həyata keçiriləcək.

Repatriantların sosial reabilitasiyası onlar öz mənşə ailələrinə verildikdən sonra da davam etdirilir. Onlara sosial dəstək xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.

Ölkəyə qaytarılan vətəndaşlarımızın cəmiyyətə re-inteqrasiyası və sosial-reabilitasiyası məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən fərdi sosial iş aparılır. Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif dərnəklərə cəlb edilirlər.

Ölkəmizə

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
137
7
vetennamine.az

8Mənbələr