Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, İƏT əmək nazirlərinin 5-ci konfransının iştirakçıları Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərimizin məzarları üzərinə çiçəklər qoyulub. Həmçinin Türkiyə nümayəndə heyəti “Türk şəhidliyi” abidəsini ziyarət edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


