Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, son bir ay ərzində təkcə Müşfiqabad qəsəbəsinin damcılı suvarma sistemi ilə təchiz olunmuş 20 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 16100 ədəd ağac tingi əkilib.
Qeyd edək ki, yaşıllıqların suvarılmasında qəsəbədə formalaşan tullantı sularının təmizlənməsindən əldə edilən texniki sulardan istifadə olunur.










