AZ

İdmançıların hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib - Vətən Naminə

">

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə hərbiçilərin fiziki hazırlıq və idman sahəsinə göstərilən yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi və yeni-yeni uğurlara nail olması xüsusi vurğulanıb.

Dünya çempionatının ölkəmizdə keçirilməsinin məsuliyyəti və əhəmiyyəti xatırladılıb, ölkəmizi təmsil edəcək idmançıların siyahısı təqdim edilib.

Sonda qalib ölkənin idmançılarına keçiriləcək yarışlarda müvəfəqiyyətlər və uğurlar arzulanıb.

Beynəlxalq Hərbi İdman Şurasının Güləş üzrə 36-cı dünya çempionatında Azərbaycan Respublikasını təmsil edəcək heyətimiz çəkilər üzrə aşağıdakı tərkibdə olacaq.

 

Komandanın rəhbəri: Firdovsi Umudov

Məşqçi: Cəbrayıl Həsənov

Məşqçi: Həsən Əliyev

Məşqçi: Toğrul Əsgərov

Sərbəst Güləş

Rzazadə Əliabbas – 57 kq

Allahverdiyev Ceyhun – 61 kq

Rəhimzadə Əli – 65 kq

Əliyev Hacı – 70 kq

Bayramov Turan – 74 kq

Abbasov Orxan – 79 kq

Cabbarov Fərid – 86 kq

Yusubov İbrahim – 92 kq

Əliyev Zəfər – 97 kq

Həmidli Rahid – 125 kq

Yunan – Roma Güləşi

Sadıxlı Fərid – 55 kq

Quluzadə Nihad – 60 kq

Babaşov Ziya – 63 kq

Məmmədli Həsən – 67 kq

Qənizadə Ülvi – 72 kq

Qurbanov Qurban – 77 kq

Əliyev Azad – 82 kq

Vəliyev Laçın – 87 kq

Əhmədiyev Murad – 97 kq

Məmmədov Sərxan – 130 kq

Qadınlar

Məmmədova Elnurə – 50 kq

Şirinova Gültəkin – 53 kq

Səmədova Nərgiz – 55 kq

Əliyeva Jalə – 57 kq

Məmmədova Ruzanna – 59 kq

Soltanova Birgül – 62 kq

 

Seçilən
220
1
vetennamine.az

5Mənbələr