AZ

"Azərbaycan Xəzər hövzəsi və Mərkəzi Asiyanın açar ölkəsidir"

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA həftəsinin Azərbaycanda keçirilməsi ölkəmizin regionunun aparıcı ölkəsinin olmasından irəli gəlir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Azərbaycan Xəzər hövzəsi və Mərkəzi Asiyanın açar ölkəsidir və region ölkələri ilə sıx siyasi-iqtisadi əlaqələrə malikdir. Xüsusilə Mərkəzi Asiyanın ölkələri ilə sıx əlaqələr son illərdə özünün ən yüksək zirvəsinə qalxıb. Dünyada yeni geosiyasi nizamın formalaşması fonunda Cənubi Qafqaz və Mərkəzi Asiya vahid regional sistem kimi qəbul edilir. Həmçinin Azərbaycanın nəqliyyat infrastrukturu qovşağı olması, orta dəhlizin Azərbaycandan keçməsi , nəqliyyat əlaqələrinin şaxələndirilməsində mühüm rolu ölkəmizin regional əhəmiyyətini artırıb: "Məhz Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Qərb dünyası ilə əlaqələri qurur. Yeni nəqliyyat qovşağı, Zəngəzur dəhlizinin Araz seqmentinin açılması ilə bu əlaqələr daha da inkişaf edəcək. Bakıda keçirilən bu toplantı Azərbaycanın beynəlxalq müstəvidə nə qədər əhəmiyyətli ölkə olduğunun bariz nümunəsidir".
Cavid

Seçilən
725
34
xalqcebhesi.az

10Mənbələr