AZ

COP29 razılaşma ilə başa çatdı

Builki COP29 başa çatdı, şad xəbər odur ki, razılaşma əldə olundu.

Bu, o deməkdir ki, zəngin ölkələr, iqlim dəyişikliyinə hazırlaşmaq və onun qarşısını almaq üçün kasıb ölkələrə hər il 300 milyard dollar verəcəklər.

Bu, indiyə qədərki iqlim dəyişikliyi tədbirlərindəki rekord məbləğdir.

Razılığn əldə olunması heç də asan olmadı, tədbir planlanandan 33 saat gec başa çatdı, məyusluqlar, gərginliklər oldu.

Mübahisəli qalan məsələlər gələn il Braziliyada keçiriləcək COP30 tədbirində müzakirə olunacaq.

Artıq qonaqların çox hissəsi Azərbaycanı tərk edib.

Beynəlxlaq tədbirə görə Bakı nəqliyyatında və iş qrafikində tətbiq edilən rejim əvvəlki vəziyyətinə qayıdır.

Rəsmilər bazar ertəsindən Bakı yollarındakı COP29 zolaqlarının silinəcəyini deyirlər.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
144
bbc.com

1Mənbələr