Bakı. Trend:
Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çoxsərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxınıqeyri-enerji sektorunun payına düşür.
Trend xəbər verir ki, bufikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi AsiyaÖlkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvəgörüşündə çıxışında deyib.
“Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturunamilyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, AvrasiyanınŞərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşənnəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”, - deyədövlətimizin başçısı bildirib.