AZ

Qazaxda asfalt zavodunun fəaliyyəti dayandırıldı

Bakı. Trend:

Qazax rayonu ərazisində havaya normadan artıq tüstü buraxdığınagörə asfalt zavodunun fəaliyyəti müvəqqəti dayandırılıb.

Trend xəbər verir ki, bubarədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu günlərdə sosial şəbəkələrdə yayılan görüntüXidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb. Məlum olub ki,sözügedən görüntü bu ilin avqust ayında çəkilib. Elə həmin aydakeçirilən monitorinqlər zamanı 28 saylı yol istismarı idarəsininbalansında olan asfalt zavodundan havaya tüstünün atıldığı müəyyənedilib.

Araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olduğu, lakinfiltrlərinin dəyişdirilmədiyi səbəbindən havaya normadan artıqtüstünün yayıldığı məlum olub və faktla bağlı akt tərtib olunub.Noyabrın 17-də isə asfalt zavodun qaz-toz tutucu qurğusununfiltrləri dəyişdirilib. Zavodun rəhbərliyinə məcburi göstərişverilib və fəaliyyəti müvəqqəti dayandırılıb.

Məqalədə:
Seçilən
244
20
az.trend.az

10Mənbələr