AZ

Ermənilər ruslardan pullarını istəyirlər...

İrəvan Rusiyanın Ermənistana tədarük edəcəyini vəd etdiyi, lakin heç vaxt göndərmədiyi silahların pulunun qaytarılması mexanizmləri ilə bağlı məsləhətləşmələr aparır.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan danışıb.

Paşinyanın dediyinə görə, ödəniş müqabilində silah və texnikanın verilməməsinə gəlincə, təbii ki, belə problemlər var. Bu problemlərin həlli mexanizmləri üzərində məsləhətləşmələr aparılır, bir çox variant var, məsələn, ödənilən məbləğ müqabilində Ermənistanın Rusiyayaborcunu azaltmaq.

Hazırda Rusiyanın özünün silaha ehtiyacı olduğunu deyən erməni baş nazir, “...biz işləməyə hazırıq, ümid edirik ki, müzakirələr konkret nəticələr verəcək”, - deyə bildirib.

...May ayında Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib ki, sifariş edilən və pulu ödənilən silahlar ölkəyə gəlməyib. O, bu problemin həlli istiqamətində işlərin davam etdiyini vurğulayıb.

Bu arada Ermənistanın “Joqovurd” qəzetinin yazdığına görə, söhbət Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın NPO “Splav” şirkəti arasında “Smerç” tipli raketlərin tədarükünə dair müqavilədən gedir.

Nəşrin mənbələri məhsulların çatdırılmağa hazır olduğunu, lakin Ermənistan tərəfi tərəfindən götürülmədiyini qeyd edib. Ukraynada müharibə aparan Rusiya sonradan raketlərə ehtiyacı olduğu üçün çatdırılmanı gecikdirdi.

Səfəryan vurğulayıb ki, hazırda Ermənistanın KTMT-dən çıxması məsələsinə baxılmır. 2023-cü ilin yanvarında Ermənistan təşkilatla təlimlər keçirməkdən imtina edib, martda isə bu qurumda rəhbər vəzifələr üçün kvotadan imtina edib.

Ağasəf Babayev

Seçilən
456
50
sia.az

10Mənbələr