AZ

Azərbaycanda azı 5 jurnalist həbs edilib

Azərbaycanda bu gün azı beş jurnalist saxlanılıb.

Almaniyada mənzillənən Meydan TV-nin əməkdaşı Orxan Məmməd bildirib ki, "media orqanı ilə əməkdaşlıq etmiş Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş, Natiq Cavadlı və müstəqil jurnalist Ramin Deko Bakı Şəhər Baş polis idarəsində saxlanılır."

Daxili İşlər Nazirliyi açıqlayıb ki, Ramin Cəbrayılzadə ölkəyə "qeyri-qanuni xarici valyuta gətirməsi ilə" əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.

DİN onu da bildirib ki, daha bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb, amma adları açıqlamayıb.

Xəbər yenilənir.

Seçilən
320
bbc.com

1Mənbələr