AZ

ŞOK ŞİKAYƏT! “Pulumuzu ala bilmirik, bizi otel və restorana buraxmırlar”

«Kəpəz»də yenidən maddi çətinlik yaradıb.

Bu barədə saytımıza «sarı-göylər»in futbolçuları məlumat verib.

Redaksiyamızla əlaqə saxlayan oyunçular klub rəhbərliyinin üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyini söyləyib.

Onların sözlərinə görə, komanda Premyer Liqada sonuncu pillədən qurtulsa da, bu, ümumi duruma heç bir müsbət təsir göstərməyib:

«Səbail» və «Şamaxı» üzərində qələbəyə görə vəd olunan mükafatı hələ ala bilməmişik. Rəhbərlikdən heç kimi tapmırıq.

İlqar Nadiri (klubun İdarə Heyətinin sədri-red) bizə yalnız uzaqdan-uzağa xəbər göndərir. Dəfələrlə Azər Bağırova müraciət etmişik.

Baş məşqçi bizə deyir, gözləyin. Onu da qınamırıq. Bizə pisdirsə, ona da pisdir. sportinfo.az

Seçilən
35
1
paytaxt.org

2Mənbələr